BAŞLANDI! Üç vilayətdə ÖLÜM-DİRİM savaşı gedir: rus qoşunlarının başına OD ƏLƏNİR

Rusiya Sum vilayətinin Boromlyansk icmasında yerləşən aqrotəsərrüfat müəssisəsini raketlərlə vurub. Bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 12 işçi yaralanıb. Hücum zamanı sahədə məhsul toplayan işçilər və kənd təsərrüfatı texnikaları iki raket zərbəsiylə hədəfə alınıb.

Təxminən 30 kənd təsərrüfatı texnikası, o cümlədən traktor və kombaynlar zədələnib.

Prokurorluq və hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31