Qazaxıstan Prezidenti kiber təhlükəsizlik üzrə tədbirlər görməyi tapşırıb – ÖZƏL
13:16 DünyaQazaxıstan Prezidenti Qasım-Comart Tokayev kibertəhlükəsizlik məsələlərinə dair Təhlükəsizlik Şurasının iclasını keçirib.
Olaylar.az xəbər verir ki, ArbatMedia-nın məlumatına görə, dövlət başçısı vətəndaşların şəxsi məlumatlarının qorunmasını təmin etməyi və onların sızmasına görə məsuliyyətin sərtləşdirilməsini tapşırıb.
İclas zamanı müasir kibertəhdidlər və onlara qarşı mübarizə üsulları, kritik informasiya infrastrukturunun qorunması, kibertəhlükəsizlik sənayesinin inkişafı və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Tokayev xüsusilə kiberfırıldaqçılıqla mübarizənin əhəmiyyətini və kibercinayətlər üzrə istintaqa cəlb olunan dövlət orqanlarının səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb. Prezident həmçinin vətəndaşların şəxsi məlumatlarının qorunmasını təmin etməyi, məsuliyyətin sərtləşdirilməsini və əhalinin kibermühitdə təhlükəsiz və məsuliyyətli davranış qaydaları barədə maarifləndirilməsini prioritet vəzifələr kimi qeyd edib.