Paşinyan: Ermənistanın ümumi təhsil sistemi uçurumdadır
13:03 Dünya"Ermənistanda peşəkar kadrlarla bağlı ciddi problemimiz var - hər yerdə və hər sahədə. Bunu təsbit etmək üçün minlərlə insandan sorğu aparmağa ehtiyac yoxdur, sadəcə faktı qəbul etmək kifayətdir: bizim ümumi təhsil sistemimiz, əslində, uçurumdadır".
Olaylar.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 15 sentyabrda keçirilən "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında deyib.
"Ermənistanda keyfiyyətli təhsil verə biləcək məktəblərin sayı barmaqla sayılacaq qədərdir", - deyə Paşinyan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31