Polşa XİN rəhbəri: Rusiyaya qarşı müharibəyə könüllü yoxdur — təhlükəli vədlər verilməməlidir
12:13 DünyaPolşa xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiyaya qarşı müharibə çağırışlarına vəd verən, lakin bunu reallaşdırmağa hazır olmayanların mövqeyi təhlükəlidir.
Olaylar.az xəbər verir ki, nazir "The Guardian" ilə müsahibəsində bu fikirləri səsləndirib.
Sikorski deyib:
"Gələcəkdə Rusiya Ukraynaya qarşı hansısa addım atmağa çalışanda biz Rusiyaya qarşı müharibə başlada bilərik - belə bir şərt irəli sürülür. Məncə, bu kifayət qədər inandırıcı deyil. Əgər Rusiyaya qarşı müharibə başlatmaq istəyirsinizsə, bunu bu gün edə bilərsiniz və mən könüllüləri görmürəm. Beynəlxalq münasibətlərdə etibarsız zəmanətlərdən daha təhlükəli heç nə yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31