NATO nümayəndələri “Zapad-2025” təlimlərini izləyir - ÖZƏL
10:36 DünyaBelarus Müdafiə Nazirliyinin məlumatına görə, "Zapad-2025" birgə strateji hərbi təlimlərinin praktiki mərhələsini izləmək üçün 23 ölkənin nümayəndələri iştirak edir. Onların arasında ABŞ, Türkiyə və Macarıstan da daxil olmaqla NATO-ya üzv üç dövlətin nümayəndələri var. Olaylar.az xəbər verir ki, bildirilib ki, təlimləri həmçinin üç beynəlxalq qurum - İttifaq Dövləti, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB, eləcə də ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin nümayəndəsi izləyir. Bu iştirak Vyana sənədi-2011 çərçivəsində həyata keçirilir.
Müdafiə Nazirliyi qeyd edib ki, təlimləri 17 ölkənin hərbi-diplomatik nümayəndəlikləri də müşahidə edir. Onların sırasında Azərbaycan, Vyetnam, İran, Qazaxıstan, Çin, Kuba, Serbiya, Sudan, Türkmənistan, Zambiya, Zimbabve, Peru, İndoneziya və digər ölkələr var.