Zelenski-Putin görüşü daha tez baş tutacaq – Tramp

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ABŞ-ın iştirakı ilə üçtərəfli görüş çərçivəsində danışıqların nisbətən tezliklə baş tutacaq. 

Avropanın Rusiyaya qarşı sanksiyaları yetərincə sərt deyil – Tramp

Olaylar.az xəbər verir ki, Tramp bunu jurnalistlərə deyib: "Bilmirəm, daha tezliklə. Biz bu və ya digər şəkildə bu məsələni həll edəcəyik, lakin nisbətən tezliklə".

Trampdan növbəti mərhələnin ABŞ ilə üçtərəfli sammit olub-olmayacağına aydınlıq gətirməsi istənilib: "Danışıqlar olacaq, onları sammit və ya sadəcə görüş adlandırın, fərqi yoxdur".

Trampın fikrincə, Rusiya Putin və Vladimir Zelenski arasında yaranmış son dərəcə yüksək düşmənçiliyə görə Ukraynadakı münaqişənin həlli ilə bağlı bütün danışıqları özü aparmalı olacaq: "Zelenski ilə Putin arasındakı nifrət anlaşılmazdır. Düşünürəm ki, bütün söhbətləri mən etməliyəm. Onlar bir-birinə nifrət edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31