Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...

Koreya Respublikası, ABŞ və Yaponiya silahlı qüvvələri sentyabrın 15-dən 19-dək Cənubi Koreyanın Ceju adasının cənub-şərqində beynəlxalq sularda keçiriləcək üçtərəfli Freedom Edge təlimlərinə başlayıb.

Olaylar.az xəbər verir ki, məlumatı Yonhap Xəbər Agentliyi yayıb.

Freedom Edge-in özəlliyi ondan ibarətdir ki, bir neçə məkanda keçirilir dənizdə, havada, kiberməkanda. Tədbir zamanı ordu raketdən müdafiə və hava hücumundan müdafiə təlimləri keçirəcək, təlim dənizdə tibbi təxliyə və müdaxiləni əhatə edəcək. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri təlimlərin KXDR-dən gələn "nüvə və raket təhlükəsinə cavab" məqsədi daşıdığını və onların regionda sülh və sabitliyə töhfə verəcəyini bildirib.

Üç ölkənin silahlı qüvvələri bu manevrlərdən koordinasiyanı yaxşılaşdırmaq və "sülhün kollektiv şəkildə qorunmasına sadiqlik" nümayiş etdirmək üçün istifadə etmək niyyətindədir. Freedom Edge təlimləri bu növdə üçüncü təlimdir; bu ad altında əvvəlki təlimlər 2024-cü ilin iyun və noyabr aylarında keçirilib. Bu, 2025-ci il iyunun əvvəlində hakimiyyətə gələn Koreya Respublikasının Prezidenti Li Çje Munqun və ABŞ prezidenti Donald Tramp administrasiyasının ikinci müddətinin dövründə ilk üçtərəfli təlimlər olacaq. Sələfindən fərqli olaraq Li Cje-Munq KXDR ilə dialoqun tərəfdarıdır.

Sentyabrın 15-19-da Koreya Respublikası və ABŞ silahlı qüvvələri ABŞ-ın nüvə potensialının Cənubi Koreya tərəfinin adi silahlar sahəsindəki imkanları ilə inteqrasiyasını nəzərdə tutan Iron Mace ikitərəfli komanda-qərargah təlimləri də keçirəcək. Bu təlimlər həm də KXDR-dən "nüvə təhlükəsinin qarşısının alınması" praktikasını həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31