Ekspert: “Avropa İttifaqı nüvə silahından istifadə etməyəcək” - ÖZƏL
10:08 DünyaAvropa ölkələri, hətta Fransanın "nüvə çəkindirmə" proqramını müzakirə etsələr belə, nüvə silahından istifadəyə getməyəcəklər. Olaylar.az xəbər verir ki, bu fikri TASS-a açıqlamasında belçikalı jurnalist, Kairos jurnalının həmtəsisçisi Aleksandr Rene bildirib. O, Donetskin Mariupol şəhərində səfərdə olub. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron mart ayında xalqa müraciətində Avropa ölkələrinin fransız nüvə çəkindirmə qüvvələrinin qoruması altına alınması barədə müzakirələrə başlayacağını açıqlamışdı. Almaniya, Polşa, Litva və Danimarka bu təşəbbüsü dəstəkləməyə hazır olduqlarını bildiriblər. Financial Times yazır ki, ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri Vaşinqtonun Rusiya ilə münasibətləri normallaşdırmaq xətti fonunda öz "nüvə qalxanını" yaratmaq imkanlarını nəzərdən keçirirlər. Aleksandr Renenin sözlərinə görə, Makron müstəqil qərar verən lider deyil:
"Düşünürəm ki, Makron sadəcə kukladır. O qərar vermir, qərarları Rotsildlər, Rokfellerlər kimi qüvvələr diktə edir. Mən inanmıram ki, nə Makron, nə ABŞ, nə də başqaları nüvə silahından istifadə etsin". Ekspert əlavə edib ki, hazırda Avropanın inkişaf modeli resursların istismarı, dağıntı, çirklənmə və istehlak üzərində qurulub:
"Bu gün Avropada inkişaf şərqdəki münaqişə hesabına gedir. Bu, Qərbi Avropanın dəyərlərini itirdiyini və 'hər cür qiymətə tərəqqi' siyasətinə yönəldiyini göstərir - hətta ukraynalıların və öz vətəndaşlarının həyatı bahasına belə. Müharibədən sonra Avropa tamamilə yeni inkişaf modelini axtarmalı olacaq - təbiətə və ətraf mühitə hörmət edilən ləyaqətli bir dünya əsasında".
Qeyd edək ki, Renenin də daxil olduğu ABŞ, Fransa, Belçika, Türkiyə, Braziliya və digər ölkələrdən olan jurnalist və politoloqlardan ibarət nümayəndə heyəti Mariupola səfər edib.