İsrail “İran oxu”nu məhv etdi – Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, onun fəaliyyəti praktiki olaraq Yaxın Şərq boyu möhkəmlənmiş "İran oxu"nun məhvinə gətirib çıxarıb. 

Olaylar.az xəbər verir ki, o, fikirlərini Kanal 13-ə müsahibəsində açıqlayıb: "Biz təkcə HƏMAS-a qarşı mübarizə aparmırıq, biz HƏMAS-ın yalnız bir hissəsi olduğu bütün İran oxu ilə vuruşuruq. Biz bu oxun komponentlərini bir-bir məhv etdik.

Əvvəlcə HƏMAS-la məşğul olduq, biz Rəfaha girib Filadelfi dəhlizinə nəzarət etməli, sonra şimala doğru hərəkət edərək Hizbullahı məhv etmək və irəliləmək üçün əməliyyat keçirməli idik. Nəticədə Suriya prezidenti Bəşər Əsəd yıxıldı. Bütün bu mərhələlər əslində İsraili məhv etməyə hazırlaşan İran oxunu məhv etdi".

Onun sözlərinə görə, İsrail "bütün İran oxunu, o cümlədən İranın özünü müharibədə məğlub etməli idi": "Ona görə də düşünürəm ki, biz indi həlledici mərhələdəyik. Qəzzada başlayan Qəzzada bitəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31