Putinin əsas düşməni ona müraciət etdi: "Vladimir Vladimiroviç, bir bizə bax..."

Boris Consondan Putinə sərt mesaj: "1 milyondan çox insan öldürmüsən, dayan!"

Musavat.com xəbər verir ki, Ukraynada səfərdə olan Böyük Britaniyanın sabiq baş naziri Boris Conson geniş müsahibələr verib. Onlardan birində jurnalist ona belə bir sual ünvanlayıb: "Əgər siz Putinə birbaşa müraciət etsəniz, ona nə deyərdiniz?"

Boris Conson bu suala cavabında bildirib:

"Putinə deyərdim, Vladimir Vladimiroviç, Böyük Britaniya və Rusiya, SSRİ dönəmində faşizmə qarşı birlikdə mübarizə aparmışdılar. O vaxt Ukrayna da bu mübarizədə Böyük Britaniya və SSRİ ilə bir yerdə idi. Amma indi etdiklərin çox yanlışdır, faciəvi və dəhşətlidir. Sən bir milyondan çox insanı öldürmüsən və yaralamısan. Ukraynanın 20 faiz ərazisini işğal etmisən. Bütün bunlar səhvdir və dünya sülhü üçün təhdiddir. Bunları dərhal dayandırmalısan."

Conson daha sonra əlavə edib ki, bütün bu hərəkətlər əslində Rusiyanın öz maraqlarına da ziddir:

"Rusiyanın iqtisadiyyatı dəhşətli vəziyyətdədir və sürətlə zəifləyir. Mən Putinə deyərdim ki, Böyük Britanyaya baxsın. Bizim bir zamanlar Roma imperiyasından da yeddi dəfə böyük imperiyamız vardı. Tarixin ən böyük imperiyalarından biri idik. Amma indi imperiyamız yoxdur və biz xoşbəxtik."

Musavat.com xatərladır ki, Boris Conson Böyük Britaniyanın baş naziri olarkın Putin Rusiyasına qarşı müqavimətin əsas təşkilatçısı, Ukrayna dirənişinin ideoloqu idi. İddialara görə, 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna anlaşmasının qarşısını məhz o alıb. O, prezident Zelinskiyə təsir imkanlarından istifadə edərək, Ukraynanın anlaşmadan çəkilməsini təmin edib.

Putin Consonu özünün əsas düşmənlərindən hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31