NATO Litvada genişmiqyaslı təlimlərə başladı
19:40 DünyaNATO ölkələri Litvada "Grand Eagle 2025" adlı hərbi təlimlərə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Bildirilib ki, təlimlər qoşun və texnikanın sürətli şəkildə regiona yerləşdirilməsi üzrə ssenarilərin işlənməsini nəzərdə tutur.
Onların əsas məqsədi NATO qüvvələrinin hazırlıq səviyyəsini artırmaq, müttəfiqlər arasında qarşılıqlı əlaqəni gücləndirmək və şərq cinahında müdafiəni möhkəmləndirməkdir.
Təlimlərdə Almaniyadan Litvaya hərbi qüvvələrin dəmir yolu, avtomobil, dəniz və hava yolu ilə daşınması məşq olunur.
Təlimlərə 14 ölkədən 8 mindən çox hərbçi, 40 gəmi, 30 təyyarə və 1,8 mindən artıq texnika cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31