Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Məhkəmədə iştirak edən sabiq nazir ittihamlarla razılaşmadığını bildirib.

Qeyd edək ki, sentyabrın 11-də saxlanılan C.Burçuladze vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edilir. Günahı sübuta yetirilərsə, onu 9 ildən 12 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, C.Burçuladze Gürcüstanın müdafiə naziri vəzifəsini 2021-2024-cü illərdə tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31