Gürcüstanın baş naziri: “Korrupsiyaya qarşı sərt və effektiv olacağıq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin saxlanılması ilə bağlı açıqlama verib. O bildirib ki, korrupsiya faktlarına biganə qalmaq olmaz və buna qarşı sərt tədbirlər görülməlidir:

"Biz bütün istiqamətlərdə fəal işləyirik. Əsas məqsədimiz cari layihələrdə və idarəetmə sistemində xərclərin səmərəliliyini artırmaqdır. Bununla yanaşı, keçmişdə baş verənlər də diqqətimizdədir. Əgər korrupsiya halları olubsa, onlara reaksiya vermək vacibdir ki, preventiv effekt əldə edilsin. Əks halda insanlar buna meyllənə bilərlər".

Kobaxidze əlavə edib ki, korrupsiya Gürcüstan üçün də, hər bir dövlət üçün də dağıdıcıdır:
"Biz bütün istiqamətlərdə həm effektiv, həm də sərt olacağıq. Bu, ölkəmizdə korrupsiyanın qarşısını almaq üçün yeganə və şərtsiz yoldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31