Ağ Evdən sensasion açıqlama: Kirkin qətlində Demokratlar günahkardır
10:23 DünyaABŞ-da demokratlar ölkədə daxili terrorizmi alovlandıran radikal ritorikanı təbliğ edirlər.
Olaylar.az xəbər verir ki, bu fikri Ağ Ev rəhbərinin müavini Stiven Miller Fox News-a müsahibəsində siyasi fəal Çarli Kirkin öldürülməsi ilə bağlı səsləndirib.
"Demokratların, onların tərəfdarlarının və ekspertlərinin son on ildəki ritorikasının məqsədi Prezident Donald Trampı, Respublikaçıları, MAGA (Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatını, Tramp rəsmilərini məhv etmək olub. Bu, şüurlu radikallaşmadır, onlar nə etdiklərini anlayırlar. Bir çox universitetlərimiz ekstremizmin inkubatoruna çevrilib, cihadçılıq üçün mədrəsələrin sinoniminə çevrilib. Son bir neçə gündə sosial şəbəkələrdə Çarli Kirkin qətlinə sevinən dövlət qulluqçularının, Pentaqon əməkdaşlarının, müəllimlərin, professorların, tibb işçilərinin, tibb bacılarının yazılarını gördük. Bunlar radikallardır, bu, ölkəmizdəki daxili terror hərəkatıdır",-deyə Stiven Miller bildirib.
Miller əlavə edib ki, ölümündən az əvvəl Kirk onunla ABŞ-da radikal solçu təşkilatlarla mübarizənin zəruriliyini müzakirə edib: "Və biz bunu prezident Trampın dövründə edəcəyik. Biz iğtişaşları qızışdıran, terrorizmin böyüməsinə töhfə verən və mənasız zorakılığa əl atan təşkilatları aradan qaldırmaq üçün lazım olan hər şeyi edəcəyik".