ABŞ Müdafiə Nazirliyi: Çarli Kirk-in qətli ilə bağlı istehza edənlərə sərt tədbirlər – ÖZƏL

ABŞ müdafiə naziri Pete Hegset əməkdaşlarına göstəriş verib ki, konservativ fəal Çarli Kirk-in qətli ilə bağlı istehza dolu paylaşımlar edən bütün hərbçilər və Müdafiə Nazirliyi ilə bağlı şəxslər müəyyən edilərək cəzalandırılsın. 

Olaylar.az xəbər verir ki, NBC News-un məlumatına görə, artıq bir neçə hərbçi bu səbəbdən vəzifələrindən uzaqlaşdırılıb.

Rəsmi şəxslər bildiriblər ki, direktiv yalnız hərbçilərə deyil, Pentaqonla bağlı digər şəxslərə də aiddir. Lakin dəqiq neçə nəfərin intizam məsuliyyətinə cəlb olunduğu açıqlanmayıb.

Bu həftə Hegset və digər yüksək Pentaqon rəsmiləri sosial şəbəkə X-də paylaşımlar edərək ictimaiyyəti Kirk-in ölümünə lağ edən və ya neqativ münasibət bildirən postlar barədə məlumat verməyə çağırıblar.

Pentaqon sözçüsü Şon Parnell bəyan edib:
"Əsgərlər və Müdafiə Nazirliyinin mülki əməkdaşları üçün həmvətəninin qətlini lağa qoymaq və ya bundan zövq almaq qəbuledilməzdir. Müdafiə Nazirliyi buna qətiyyən dözümlü yanaşmır".

Çağırışdan sonra sosial şəbəkə istifadəçiləri onlarla hərbçi və mülki əməkdaşın postlarını #RevolutionariesintheRanks həştəqi altında paylaşaraq qeyd ediblər. Həmin paylaşımların bəziləri açıq istehza xarakteri daşımırdı, lakin neqativ mövqedə qəbul edilib. Məsələn, bir paylaşımda sadəcə "Mənə Çarli Kirk maraqlı deyil" yazılmışdı. Digər paylaşımlar isə daha sərt idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31