20 gün öncə işğal edilən kəndi ukraynalılar azad etdi
02:47 DünyaUkrayna Silahlı Qüvvələrinin "Skala" alayının "Şkval" batalyonu Dnepropetrovsk və Donetsk vilayətlərinin sərhəddindəki Filiya kəndini ruslardan azad edib.
Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Bildirilib ki, Ukrayna müdafiəçiləri ölkənin şərqində düşməni (Rusiya ordusu - red.) sıxışdırmağa davam edir.
Qeyd edək ki, Rusiya hərbçiləri təxminən 20 gün əvvəl kəndi ələ keçirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31