Erməni məhsulları Rusiyada bloklanmış yük maşınlarında xarab olur — milyonlarla dollar zərər

Musavat.com xəbər verir ki, Rusiyada bloklanan erməni yük maşınlarında daşınan məhsullar çürüməyə başlayıb. Ermənistanın iri logistika şirkətlərindən biri olan "Spayka"nın açıqlamasına görə, hazırda Rusiyada qalmış 100 yük maşınından təxminən 30-nun məhsulu artıq tamamilə xarab olub.

Şirkətin inkişaf direktoru bildirib ki, yükün sərhəddə saxlanmasının dəqiq səbəbləri barədə hələ də rəsmi məlumat yoxdur. Yalnız bir hissəsinə rus yük maşınları vasitəsilə çatdırılmasına icazə verilib, amma təxminən 30 maşın hələ də blokda qalır.

Nəticədə "Spayka" artıq 2 milyon dollar həcmində zərərə düşüb. Qeyd olunub ki, əgər nəqliyyat problemi qısa müddətdə həll olunmasa, fermerlər daha ciddi çətinliklərlə qarşılaşacaq və məhsul tədarükü kütləvi şəkildə dayanacaq.

Ekspertlər hesab edirlər ki, bu vəziyyət Ermənistanın iqtisadiyyatına ağır zərbə vurmaqla yanaşı, Moskva-İrəvan münasibətlərindəki gərginliyi daha da dərinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31