Əməliyyatı yarımçıq qoyub tibb bacısı ilə intim münasibətdə tutulan həkim - məhkəmədə şok detallar!

Böyük Britaniyada çalışan təcrübəli həkim - 44 yaşlı anestezioloq Suhail Anjum xəstəni əməliyyat masasında qoyaraq tibb bacısı ilə intim münasibətə girdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, hadisə 2023-cü ilin 16 sentyabrında "Tameside General Hospital"da baş verib.

Öd kisəsi əməliyyatı aparılan xəstə narkoz altında olduğu vaxt həkim otaqdan çıxaraq qonşu əməliyyat otağına keçib. Burada həmkarı,  "Nurse C" ilə intim münasibətdə olan Anjum başqa bir tibb bacısı tərəfindən yaxalanıb. İfadələrə görə, qadının şalvarı dizlərinə qədər enmiş, alt paltarı isə açıq görünürmüş.

Məhkəmədə bildirilib ki, həmin gün Dr. Anjum beş əməliyyata cavabdeh idi və qalmaqallı hadisə üçüncü əməliyyat zamanı yaşanıb. General Medical Council nümayəndəsi Andrew Molloy deyib ki, həkim "istirahət fasiləsi" adı ilə otaqdan çıxsa da, əslində həmkarı ilə görüşə getmişdi.

Evli həkim Suhail Anjum ifadəsində hər şeyi etiraf edib:

"Mənim üçün dəhşətli dərəcədə utancverici bir hadisədir. Özümü günahkar və xəcalətli hiss edirəm. Bilmirəm niyə baş verdi, nə düşündüyümü də anlamıram", - deyə o, məhkəmədə bildirib.

Hadisədən sonra Anjum Böyük Britaniyada işini itirib və hazırda Pakistanda çalışır. Onun həkimlik lisenziyası ilə bağlı son qərarı Mançestr məhkəməsi verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31