Ermənistan və Türkiyə nümayəndələri normallaşma prosesi üzrə görüşdü
12 Sentyabr 19:01 Dünya12 sentyabrda Ermənistan Xarici İşlər Nazirliyində nazir Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu ölkənin xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib.
Musavat.com xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli dialoqun davam etdirilməsi məsələlərini müzakirə ediblər.
Söhbət zamanı normallaşma prosesinin hazırkı vəziyyəti və mümkün gələcək addımlar diqqət mərkəzində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31