Qırğızıstanda müəllim və həkimlərə zor tətbiq edənlər cəzalandırılacaq

Qırğızıstan parlamenti həkim və müəllimlərə qarşı zorakılığa görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki , "Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsini bu gün parlamentin iclasında səhiyyə naziri Erkin Çeçeybayev təqdim edib.

Səhiyyə nazirinin sözlərinə görə, işçiyə xidməti vəzifələrini yerinə yetirərkən əl qaldırmağa və zor tətbiq etməyə görə cəzaların tətbiqi təklif olunur.

Layihə səhiyyə, təhsil və ictimai xidmətlərin göstərildiyi digər sektorlarda çalışan işçilərin təhlükəsizliyini və ləyaqətini qorumaq məqsədi daşıyır.

"Son zamanlar tibb işçilərinə qarşı zorakılıq və aqressiya halları çoxalıb. Bu, problemin aktuallığını göstərir. Cinayət Məcəlləsində belə cinayətlərə görə məsuliyyət nəzərdə tutulmayıb. Ona görə də bu dəyişikliklər zərurətdən yaranıb", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31