Türkiyə parlamentinin sədri yeni Konstitusiyanın qəbul edilməsinə çağırdı

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş yeni Konstitusiya qəbul etməyə çağırıb.

Teleqraf xəbər verir ki, spiker hazırkı Konstitusiyanın 1982-ci ildə hərbi çevriliş nəticəsində qəbul olunduğunu bildirib.

Kurtulmuş yeni vətəndaş Konstitusiyanı Türkiyə üçün çox lazımlı sənəd kimi qiymətləndirib.

Türkiyə parlamentinin sədri 12 Sentyabr 1980-ci il hərbi çevrilişinin 45-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşdığı mesajda qeyd edib: "Qiyamçıların acı təcrübəsini unutmayacağıq və bunun bir daha baş verməsinə icazə verməyəcəyik".

Kurtulmuş 1980-ci ilin sentyabr hadisələrini Türkiyədə demokratiya, hüquq və ictimai sülhə "böyük xəyanət" adlandırıb.

Spiker hazırkı Türkiyə hakimiyyətinin birliyi və demokratik təsisatları gücləndirmək səylərinə də diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31