İğtişaşlarda 51 nəfər həlak oldu – həbsxanadan 13 500 məhkum qaçdı
16:51 DünyaNepalda bu həftə baş verən etiraz aksiyaları qanlı sona çatıb.
Olaylar.az xəbər verir ki, polis məlumatına görə, etirazlar zamanı ən azı 51 nəfər həlak olub, onlardan 21-i nümayişçi, 3-ü isə polis əməkdaşıdır.
İğtişaşlar ölkə hakimiyyətinin sosial şəbəkələrə qoyduğu qadağa ilə başlayıb və korrupsiya və pis idarəçilik iddiaları fonunda daha da kəskinləşib.
Polis bildirir ki, xaos zamanı təxminən 13 500 məhkum həbsxanalardan qaçıb. Onlardan 12,500-dən çoxu hələ də azadlıqdadir. Qaçanların bir hissəsi Hindistanla sərhədi keçməyə çalışsa da, hindistanlı sərhədçilər tərəfindən saxlanılıb.
Eyni zamanda, Nepal ordusu etirazçılardan müsadirə edilmiş 100-dən çox silahı ələ keçirib.
Bu hadisələr ölkədə siyasi böhranı daha da dərinləşdirib və beynəlxalq ictimaiyyətin diqqətini Nepala yönəldib.