Aİ Rusiya əleyhinə fərdi sanksiyaları daha 6 ay uzatdı – ÖZƏL

Avropa İttifaqı ölkələri Ukraynadakı münaqişə ilə əlaqədar tətbiq edilən fərdi antirusiya sanksiyalarını daha altı ay müddətinə uzatmaq barədə razılığa gəlib. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Aİ Şurasına sədrlik edən Danimarka yayıb.

AFP agentliyi dəqiqləşdirib ki, söhbət 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra tətbiq edilən məhdudiyyətlərdən gedir. Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Sonuncu dəfə məhdudiyyətlər 2025-ci ilin martında uzadılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31