Putin, Tramp və Li Tsyan ASEAN sammitində iştirak edəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Şurasının Baş naziri Li Tsyan oktyabr ayında Kuala-Lumpurda keçiriləcək 47-ci ASEAN sammitində iştirak edəcəklər. Baş nazir həmçinin Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva və Cənubi Afrika Prezidenti Siril Ramafosanın da sammitə qatılacağını təsdiqləyib. Qeyd edək ki, 1967-ci ildə təsis edilən ASEAN-a hazırda Brunei, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxildir. 2025-ci ilin əvvəlindən etibarən təşkilata sədrliyi rotasiya əsasında Laosdan Malayziya təhvil alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31