Moskva ilə Kiyev arasındakı danışıqlar hazırda faktiki olaraq dayandırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik, yəqin ki, fasilədən danışmaq daha məqsədəuyğun olardı", - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, Avropa prosesin gedişinə mane olur.