Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini yekunlaşdırır - ÖZƏL

Avropa İttifaqı Rusiya ilə bağlı 19-cu sanksiyalar paketini yekunlaşdırmaq üzrədir. Qadağalar əsasən Rusiya neftinin tədarükü və bank sektoru ilə bağlı olacaq. Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas X sosial şəbəkəsində məlumat verib. O bildirib: "Biz artıq Rusiyaya qarşı mövcud sanksiyaları uzatdıq. Eyni zamanda 19-cu paketin üzərində işimizi yekunlaşdırırıq, Rusiya neftinin tədarükü, kölgə flotu tankerləri və banklarla bağlı əlavə tədbirləri nəzərdən keçiririk." EUObserver portalının məlumatına görə, Aİ növbəti sanksiyalar paketini 12 sentyabrda təqdim edə bilər. Lakin Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, yeni sanksiyalar 15 sentyabrda ictimaiyyətə açıqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31