Ərdoğan Qətərə gedir: İsrailin hücumundan sonra Ankaradan Dohaya dəstək mesajı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-15-də Qətərə səfər edəcək. 

Olaylar.az xəbər verir ki, İsrailin Qətərə endirdiyi zərbələrdən sonra Ərdoğan bu ölkənin əmiri Şeyx Təmim bin Həmad Al-Tani ilə telefon danışığı aparıb.

Söhbət zamanı Türkiyə lideri Qətərə tam dəstəyini ifadə edib və regional gərginlik fonunda Ankaranın Dohanın yanında olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31