Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib
10:15 DünyaErmənistanın Su Təsərrüfatı Komitəsinin sədri Karen Sedrakyan Baş nazir Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib.
Olaylar.az-ın xəbərinə görə, bu barədə hökumətin saytında məlumat verilib.
K.Sedrakyan 2025-ci ilin mayında komitə sədri təyin edilmişdi.
Paşinyanın digər qərarı ilə Ermənistanın Vardan Kostanyan ərazi idarəetmə və infrastruktur nazirinin müavini, Samvel Muradyan isə Əmək və Sosial Məsələlər Nazirliyinin baş katibi vəzifələrindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31