Kaya Kallas: Polşa hava məkanına daxil olan PUA-lar məqsədli göndərilib - ÖZƏL

Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Polşa hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olmasını təsadüfi deyil, məqsədli addım adlandırıb. Olaylar.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşım edərək, baş verənləri "Ukrayna münaqişəsi başlayandan bəri Avropa hava məkanının ən ciddi pozuntusu" kimi dəyərləndirib və məsuliyyəti Rusiyanın üzərinə qoyub. Kallas əlavə edib ki, bunun məqsədli olduğuna dair sübutlar var, təsadüfi olmadığını göstərir. Sentyabrın 10-na keçən gecə Polşa ordusunun operativ komandanlığı bir neçə naməlum obyektin vurulduğunu açıqlayıb. Obyektlərin PUA olduğu və ölkənin hava məkanını pozduğu bildirilib. Hazırda qalıqların axtarışı aparılır. Hadisədən sonra ölkənin bəzi ərazilərində, o cümlədən Varşava Frederiko Şopen adına hava limanı üzərində hava məkanı müvəqqəti bağlanıb. Lakin artıq hava məkanı yenidən açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31