Tramp şam yeməyində ÇƏTİN ANLAR YAŞADI: Restoranda GƏRGİNLİK
10 Sentyabr 10:49 DünyaABŞ prezidenti Donald Tramp Vaşinqtonda "Joechr("39")s Seafood" restoranında etirazçılarla qarşılaşıb.
Olaylar.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Prezident restoranın girişində Fələstinə dəstək şüarları ilə qarşılanıb, müəssisə daxilində isə bayraqlı fəallar müharibə əleyhinə şüarlar səsləndiriblər:
"Tramp zəmanəmizin Hitleridir. Fələstinə azadlıq!"
Aksiyanın məsuliyyətini "Code Pink" qrupu üzərinə götürüb. Etirazçılar restorandan çıxarıldıqdan sonra Tramp vitse-prezident J.D. Vens, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin müşayiəti ilə şam yeməyinə davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31