Ukrayna XİN rəhbəri: “Rusiya dronları Polşaya daxil olub”

Ukraynanın xarici işlər naziri Dmitri Sibiqa Rusiya dronlarının Polşa ərazisinə keçdiyini bəyan edib.

Rusiya Polşaya müharibə elan etdi – Vilson

 Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu hadisə Avropaya ciddi təhlükədir:

"Zəif reaksiya indi Rusiyanı daha da cəsarətləndirəcək və o zaman rus raketləri və dronları Avropanın daha dərinliklərinə uçacaq. Bu vəziyyət bir daha göstərir ki, tərəfdaş ölkələrin hava hücumundan müdafiə imkanlarının Ukrayna ərazisində, xüsusilə NATO sərhədlərinə yaxın bölgələrdə istifadəsinə icazə verilməsi barədə qərar qəbul edilməlidir".
Sibiqa həmçinin Ukraynanın hava hücumundan müdafiəsinin təcili gücləndirilməsini və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edib.
Qeyd edək ki, Polşa rəsmiləri hələlik əraziyə düşən dronların Rusiya mənşəli olduğunu təsdiqləməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31