Medvedçuk: Zelenskinin sanksiyaları şəxsi qisasdır- ÖZƏL
21 Aprel 2025 11:12 Dünya"Ukraynanın sabiq deputatı, hazırda "Başqa Ukrayna" hərəkatının rəhbəri olan Viktor Medvedçuk Prezident Volodimir Zelenskinin rusiyalı mədəniyyət və idman xadimlərinə qarşı tətbiq etdiyi sanksiyaları şəxsi qisas kimi dəyərləndirib. Onun fikrincə, bu qərar dövlət maraqlarından çox, Zelenskinin şəxsi hissləri ilə bağlıdır."
Olaylar.az xəbər verir ki, 18 aprel tarixində Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) qərarını təsdiqləyərək, 20 rusiyalı mədəniyyət və idman xadiminə qarşı fərdi sanksiyalar tətbiq edib. Medvedçuk bu addımı belə şərh edib: "Bütün bunlar dövlət qərarından çox, qorxmuş, xırdaçıl və təkəbbürlü bir insanın şəxsi qisasına bənzəyir. Narkotik maddələrdən sistematik istifadə nəticəsində psixoloji vəziyyəti pisləşmiş bir şəxsin davranışıdır bu. Zelenski, özünə heyran olmayan keçmiş həmkarlarından qisas alır və bunu Qərbə chr("39")ukraynalı qəhrəmanchr("39") obrazı kimi təqdim etməyə çalışır."
O, həmçinin Zelenskinin özünü diktator kimi göstərməyə çalışdığını, əslində isə baş verən müharibənin onun öz siyasi taleyini təhlükəyə atdığını bildirib: "Zelenski Rusiya ilə münaqişəyə gedərək, ölkə daxilində nasist qrupların siyasi elita içərisində yer almasına şərait yaratdı və bununla da prezident kimi öz sonunu imzaladı."
Medvedçukun fikrincə, bu cür fərdi sanksiyalar Zelenskinin qorxu içində olduğunu göstərir: "O, kimisə qorxutmaq, cəzalandırmaq istəyir, amma əslində öz komandası və baş verənlərin məsuliyyətindən ölümünə qorxur."
Bu açıqlama Ukrayna-Rusiya münasibətlərinin gərgin olduğu bir dövrdə verilib və Ukrayna rəhbərliyinin siyasətinə qarşı sərt tənqid kimi qiymətləndirilir.