Tramp Qəzzanı “birinci dərəcəli əmlak” adlandırıb– ÖZƏL
11:54 DünyaOlaylar.az xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hələ 2024-cü ilin yayında İsrailin baş naziri Benyamin Netanyahuyla telefon danışığı zamanı Qəzza zolağını "birinci dərəcəli əmlak" adlandırıb. O, Netanyahudan bölgədə hotellərin tikilməsi imkanlarını düşünməyi istəyib.
Trampın bu açıqlaması, onun Qəzzanı "Orta Şərqin Rivyerasına" çevirmək niyyətində olduğunu bildirməsindən sonra ortaya çıxıb. O, bölgəni "söküntü meydançası" adlandıraraq, əhalini digər ölkələrə köçməyə çağırıb.
Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl İsrailə silah tədarükü ilə bağlı embarqonu ləğv etdiyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31