Tramp azı 12 müstəqil müfəttişi işdən qovub
25 Yanvar 2025 12:17 DünyaSon günlər qalmaqallı qərarları ilə Amerika gündəmini zəbt edən Birləşmiş Ştatlar prezidenti Donald Tramp federal agentliklərdən azı 12 baş-müfəttişi işdən kənarlaşdırıb.
Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, baş-müfəttişlərə "qovulmaları" haqda Ağ Evin işçi heyət üzrə direktorundan məktub daxil olub. Onların çoxunun hələ Trampın ilk prezidentlik dövründən federal qurumlarda çalışdığı bildirilir.
Bundan iki gün əvvəl Tramp 50 mindən çox dövlət qulluqçusunu vəzifədən kənarlaşdıracağı ilə bağlı xəbər yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31