Kelloq Trampın Ukrayna siyasətindən kənara çıxmayacaq– ÖZƏL
13:21 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Ağ Evin rəhbərinin münaqişənin həlli ilə bağlı qərarlarına qarşı çıxmayacaq. Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, Kelloq mümkün danışıqlarda Kremlin nümayəndələri ilə birbaşa iştirak etməyəcək. Mənbələr bildirir ki, Tramp onu "sadiq şəxs" kimi görsə də, Kelloqun siyasətə xüsusi təsiri olmayıb.
Jurnalistlərə açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı qeyd edib ki, Kelloq müstəqil təşəbbüslərlə çıxış etməyəcək və Trampın mövqeyindən kənara çıxmayacaq.
WSJ yazır ki, Kelloq diplomat kimi tanınmasa da, onun hərbi təcrübəsi Tramp üçün vacib ola bilər. Keçmiş prezident hazırda Ukraynaya yardımı davam etdirməyin və ya dayandırmağın mümkün risklərini nəzərdən keçirir.
Qeyd edək ki, daha əvvəl Tramp Kelloq qarşısında Ukrayna münaqişəsini 100 gün ərzində həll etmək tapşırığı qoymuşdu.