Tramp Putini hədələdi: "Görəcəyik nə olacaq”
13:02 DünyaABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını "çox böyük ehtimal" adlandırıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, o, tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışmağı gözləyir və Rusiya tərəfi istədiyi zaman Putinlə görüşməyə hazırdır. Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin sülh istədiyini xatırladıb, lakin "tanqoya iki insanın lazım olduğunu" vurğulayıb. "Görəcəyik nə olacaq" deyən Tramp Putinin "ağıllı" olduğunu düşündüyünü bildirib.
Eyni zamanda ABŞ prezidenti Ukraynaya hərbi yardımı davam etdirəcəyini də istisna etməyib.