ABŞ Trampa Rusiya ilə rəqabətdən əl çəkməyi təklif edib - ÖZƏL
10:52 DünyaABŞ prezidenti Donald Tramp Rusiya ilə rəqabətin dağıdıcılığına görə Amerikanın müstəsnalığı ilə bağlı fikirləri yenidən nəzərdən keçirməlidir.
Olaylar.az xəbər verir ki, bu fikri Ronald Reyqan administrasiyasında maliyyə nazirinin keçmiş köməkçisi Pol Kreyq Roberts Dialogue Works YouTube kanalına müsahibəsində bildirib.
"ABŞ və Rusiya arasında sonsuz münaqişələrə ehtiyacınız yoxdur, çünki Rusiyanın strateji imkanları misilsizdir. Əgər siz yenidən nüvə yarışına başlasanız, gec-tez partlayış olacaq", - deyə keçmiş məmur vurğulayıb.
Roberts ümid etdiyini bildirib ki, Tramp Amerika müstəsnalığının ziddiyyətli xarakterini tanıyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31