Putin: İranla yeni saziş bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək – ÖZƏL

Bu gün Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması bütün sahələrdə praktiki əməkdaşlığa təkan verəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İranlı həmkarı Məsud Pezeşkiyanla görüşündə bildirib.

"Sizin bugünkü səfəriniz xüsusi əhəmiyyət kəsb edir, çünki biz yalnız əməkdaşlığımızın bütün istiqamətlərini müzakirə etmək imkanı qazanmayacağıq," - deyə Rusiya lideri vurğulayıb.

Putin həmçinin bu gün İran Prezidenti ilə yeni müqavilə imzalayacaqlarını qeyd edib. Sənədin bütün sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini bildirib. Prezident əlavə edib ki, Moskva və Tehran bu sənəd üzərində uzun müddətdir işləyir.

"Bu, vacibdir, çünki əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərinə əlavə təkan vermək imkanı yaradacaq," - deyə Putin fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31