NATO Ukraynadakı münaqişənin təhlili mərkəzi yaratmaq qərarına gəlib - ÖZƏL

NATO Polşanın Bıdqoş şəhərində yerləşəcək və Ukraynadakı münaqişə təcrübəsini təhlil edəcək NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzini ( JATEC ) açacaq . 

Olaylar.az xəbər verir ki, bunu Politico-ya müsahibəsində NATO-nun Transformasiya üzrə Müttəfiq Qüvvələrinin baş komandanı admiral Pyer Vandier deyib.

Qeyd olunur ki, mərkəzdə rəsmi şəxslər və mülki şəxslər pilotsuz uçuş aparatlarından istifadə, hava hücumundan müdafiə (havadan müdafiə) və süni intellekt kimi sahələrdə toplanmış təcrübəni öyrənəcəklər.

"Üç il sonra, indi əsl sual, rəqibin də tez və miqyasda uyğunlaşdığını bilə-bilə nə öyrəndiyimiz və nəyi dəyişəcəyimizdir" - dedi Vandier.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31