Blinken etiraf etdi: Biz illərdir bunu deyirik - Zaxarova

ABŞ və Britaniya tərəfindən Ukraynanın silahlarla təchiz olunması və Rusiya sərhədlərini pozaraq Qara dənizdə NATO-nun saysız-hesabsız təlimləri və Qərb ölkələrinin hərbi təyyarələrinin bizim hava məkanımıza təhlükəli yaxınlaşması haqqında uzun illərdir deyirik.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ Dövlət katibi Entoni Blinkenin Vaşinqtonun Kiyevi Ukraynada müharibə başlamadan xeyli əvvəl silahlandırdığı barədə sözlərini şərh edərkən deyib.

"Əslində, buna görə də xüsusi hərbi əməliyyatın məqsədlərindən biri Ukraynanı demilitarizasiya etmək və ölkəmizin təhlükəsizliyini təmin etməkdir", - Zaxarova qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31