Türkiyə ordusu İraqda yeni əməliyyat keçirdi - Üç terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Pənçə-Kilit" əməliyyat bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Nazirlikdən qeyd edilib ki, terrorçulara qarşı mübarizə sonadək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31