Kreml: Ağ Ev Ukrayna münaqişəsinin davamı üçün çalışacaq – ÖZƏL

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-nin hazırkı prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya qarşıdakı iki ay ərzində Ukraynadakı münaqişənin dayandırılmaması üçün səy göstərəcək.

Olaylar.az xəbər verir ki, Peskovun sözlərinə görə, Ağ Ev yaxın zamanda hərbi əməliyyatların davamı üçün əlindən gələni edəcək. 

"Bu, bizim hazırda üzləşdiyimiz reallıqlardır və bunları əvvəldən dərk etmək vacibdir", - deyə o vurğulayıb.

Kreml rəsmisi qeyd edib ki, Moskva bu planların tam fərqindədir və müvafiq şəkildə tədbirlər görəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31