NATO baş katibi: Qərb ölkələri Kiyevə verilən silahların istifadəsini məhdudlaşdırmamalıdır – ÖZƏL
19 Noyabr 2024 14:49 DünyaNATO baş katibi Mark Rütte Brüsseldə Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin görüşü öncəsi Qərb ölkələrinin Ukraynaya verdiyi silahların istifadəsini məhdudlaşdırmamalı olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, Rütte xatırladıb ki, NATO daha əvvəl müttəfiqlərin təchiz etdiyi silahlara məhdudiyyət qoymamağın daha məqsədəuyğun olduğunu vurğulayıb. Lakin son qərarı hər bir ölkənin özünün verdiyini qeyd edib.
O, Ukraynaya silah tədarükü və müttəfiqlərin qərarları ilə bağlı artıq müzakirələrin zərurətsiz olduğunu vurğulayaraq, müharibə şəraitində məxfilik prinsipinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu cür məxfilik düşmənə əlavə məlumat əldə etmək imkanı verməmək üçün vacibdir.
Rütte həmçinin, Rusiyanı əsassız şəkildə son eskalasiyaya görə ittiham edərək, Ukrayna ərazisinə endirilən zərbələri qabardıb.