Sabiq SBU polkovniki: Ukrayna kəşfiyyatçıları NATO-da təlim keçib- ÖZƏL
19 Noyabr 2024 09:58 DünyaOlaylar.az xəbər verir ki, sabiq Ukrayna Təhlükəsizlik Xidməti (SBU) polkovniki Aleksandr Mazur bildirib ki, Ukraynanın hərbi kəşfiyyat əməkdaşları 2005-ci ildən etibarən NATO-nun bazalarında hazırlıq keçiblər.
Mazurun sözlərinə görə, NATO təlimləri kiçik qruplar halında, 3-5 nəfərdən ibarət az sayda hərbi kadrların xüsusi hazırlığından ibarət olub. "O dövrlərdə faktiki olaraq bu GUR zabitlərinin əsasını, nüvəsini formalaşdırırdılar," - deyə keçmiş SBU əməkdaşı vurğulayıb.
Əvvəllər Aleksandr Mazur qeyd etmişdi ki, Viktor Yuşşenkonun prezidentliyi dövründə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri SBU-nun fəaliyyətinə fəal şəkildə cəlb olunub və Ukrayna kəşfiyyat orqanlarının bütün sənədləri onların vasitəsilə keçib.