Rusiya Odessanı "İsgəndər-M”-lə vurdu: 10 ölü və yaralılar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə İsgəndər-M raketəri ilə zərbə endirib.

Axar.az  bildirir ki,  zərbə nəticəsində ən azı 8 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Bildirilib ki, İsgəndər-M ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

"Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub", - məlumatda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31