Çin Ukrayna münaqişəsinin gərginləşməsinə yönəlmiş istənilən addımın əleyhinədir – ÖZƏL
18 Noyabr 2024 15:24 DünyaOlaylar.az xəbər verir ki, Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqyu TASS-a bildirib ki, Çin Ukrayna münaqişəsinin kəskinləşməsinə və gərginliyin artmasına səbəb ola biləcək istənilən addıma qarşıdır.
TASS müxbirinin ABŞ prezidenti Co Baydenin Rusiya daxilində Amerikanın uzaqmənzilli silahlarından istifadəsinə icazə vermək qərarını şərh etmək üçün sualına cavab olaraq, Liu belə cavab verib: "Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır".
"Çin sülh danışıqlarının təşviqinə sadiqdir və gərginliyi artıra və regional vəziyyəti gərginləşdirə biləcək istənilən addıma qarşıdır", - diplomat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31