Makron Putinlə telefon danışığının mümkünlüyünü istisna etməyib- ÖZƏL
18 Noyabr 2024 10:50 DünyaOlaylar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron, müəyyən şərtlər və kontekst olduqda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apara biləcəyini söyləyib. Bu barədə BFMTV telekanalı xəbər verir.
Makron vurğulayıb ki, yalnız uyğun şərait və vəziyyət yaranarsa, Putinlə danışmaq mümkün ola bilər. Bundan əvvəl, 15 noyabr tarixində Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə onun Vladimir Putinlə telefon danışığı baş tutmuşdu. Bu, 2022-ci ilin dekabrından sonra iki ölkə liderlərinin ilk söhbəti idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31