Kim Çen In Şimali Koreya ordusunu müharibəyə hazırlaşmağa çağırdı – ÖZƏL
18 Noyabr 2024 10:06 DünyaŞimali Koreya lideri Kim Çen In ölkə ordusunun müharibəyə hazırlıq səviyyəsini artırmağa çağırış edib.
Olaylar.az xəbər verir ki, bu barədə noyabrın 18-də Koreya Mərkəzi Teleqraf Agentliyi (KCTA) məlumat yayıb.
Kim Çen In düşmən qüvvələrinin, o cümlədən Vaşinqtonun və "marionet" Seulun fəaliyyətlərini "tarixdə ən gərgin vəziyyət" adlandıraraq, Koreya yarımadasında "antirespublikaçı hərbi qarşıdurmanın" artdığını bildirib.
Şimali Koreya lideri komandanlara şəxsi nümunə göstərməklə batalyonların döyüş qabiliyyətini gücləndirməyə çağırıb və müharibəyə hazırlıqda "əhəmiyyətli irəliləyiş" əldə etməyin vacibliyini vurğulayıb. O, ordunun "praktik qabiliyyətlərə" malik olması və istənilən döyüş tapşırığını "sürətli və dəqiq" şəkildə yerinə yetirməyə hazır olmasının zəruri olduğunu qeyd edib.
"Biz özünümüdafiə qüvvələrimizi, mərkəzində nüvə güclərinin dayandığı müdafiə potensialımızı heç bir məhdudiyyət tanımadan gücləndirməyə davam edəcəyik," - Kim Çen In əlavə edib.