Putin müharibə istəyir, danışıqlar mənasızdır - Almaniya

Rusiyanın Ukrayna infrastrukturuna qarşı son hücumu Rusiyanın danışıqlara girmək istəmədiyini nümayiş etdirir.

Berlin təsdiqlədi: Putin artıq Avropaya hücuma başlayıb!

Olaylar xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Martin Yager deyib.

Onun sözlərinə görə, Rusiya hərəkətləri ilə eskalasiyanı seçdiyini sübut edir:

"(Ötən gün) Rusiya Ukraynanın elektrik şəbəkəsinə hücum edib. Bu, 2022-ci ilin fevralından bəri ən güclü raket hücumlarından biridir. Prezident Putin Ukraynanın mülki əhalisinə qarşı müharibə aparır. Rusiya eskalasiyanı seçir və danışıqları istəmir".

Qeyd edək ki, ötən gün Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31