Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq.

Olaylar bildirir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 6-da Parisdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq.

Ukrayna, Çin və Qərb ölkələri arasında ticarət və investisiyanın gündəlikdə olan mövzular olduğu ehtimal olunur. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31